30 yaşına qədər ailə qurmayan qadınlara dövlət tərəfindən müavinət verilməsi ilə bağlı qərar Küveytdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, bu ölkədə 30 yaşdan yuxarı subay qadınlara aylıq maddi dəstək ayrılması planlaşdırılır. Belə ki, əgər bir qadın 30 yaşına qədər evlənməyibsə, ona hər ay 560 Küveyt dinarı (təxminən 3075 manat) məbləğində ödəniş ediləcək.
Bildirilir ki, bu yardım əsasən maddi vəziyyəti zəif olan, eləcə də valideynlərini itirmiş qadınlara yönəldiləcək. Rəsmi açıqlamalarda qeyd olunur ki, bu addımın məqsədi vətəndaşların sosial rifahını və həyat səviyyəsini yaxşılaşdırmaqdır.
Qeyd edək ki, bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərində də oxşar məzmunlu təşəbbüsün tətbiq olunduğu barədə xəbərlər yayılmışdı.
Asya
Milli.Az