Müğənni Aynur Dadaşova qatıldığı "Öz aramızda" verilişində ailəsi ilə bağlı diqqət çəkən açıqlama verib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, böyük qızının (dünyasını dəyişən bacısının övladının) bu ay keçirilməsi planlaşdırılan nişanı baş tutmayacaq. Eyni zamanda, sentyabr ayına nəzərdə tutulan toy mərasimi də təxirə salınıb.
Aynur Dadaşova qərarın səbəbini ailədə baş verən itki ilə əlaqələndirib. Onun sözlərinə görə, nəsildə vəfat edən şəxsin olması səbəbindən şənliklərin keçirilməsi uyğun hesab edilməyib.
Milli.Az