"Bavariya" Noyerin davamçısını TAPDI

7 Aprel 2026 10:30

İngiltərənin "Brighton & Hove Albion" klubunun qapıçısı Bart Verbruqqen karyerasını Almaniyada davam etdirə bilər.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bundesliqa nəhəngi "Bavariya" niderlandlı qolkiperlə yaxından maraqlanır və onu heyətinə qatmaq niyyətindədir.

Münhen təmsilçisi 23 yaşlı qapıçını komandanın əsas qolkiperi Manuel Noyr üçün uzunmüddətli əvəzləyici kimi görür və transferin baş tutması üçün ciddi addımlar atmağa hazırlaşır.

Qeyd edək ki, Bart Verbruggen bu mövsüm "Brighton"un heyətində 31 oyunda meydana çıxıb və qapısından 37 qol buraxıb.

Hüseyn
Milli.Az