Azərbaycanda daha bir zəlzələ oldu - YENİLƏNİB

7 Aprel 2026 09:40

Xəzərdə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, maqnitudası 3 olan yeraltı təkan yerli vaxtla 07:35-də, 72 km dərinlikdə baş verib.

Milli.Az

_____________

Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, 05:55-də baş verən yeraltı təkanın ocağı 77 kilometr dərinlikdə yerləşib.

Milli.Az