"Yunayted"dən 19 yaşlı futbolçuya görə 90 milyon avroluq rəsmi təklif - FOTO

7 Aprel 2026 00:17

​"Mançester Yunayted" Avropanın ən perspektivli gənc istedadlarından biri hesab olunan "Leypsiq"in cinah oyunçusu Yan Diomande üçün rəsmi transfer təklifini ünvanlayıb.

Milli.Az xəbər verir ki, İngiltərə təmsilçisi 19 yaşlı Kot-d'İvuar əsilli futbolçu üçün 89,4 milyon avro (78 milyon funt-sterlinq) ödəməyə hazır olduğunu bildirib.

​"Qırmızı şeytanlar" gənc ulduzu "Liverpul" və "Mançester Siti" kimi əzəli rəqiblərindən öncə transfer etmək üçün prosesləri sürətləndirib:

​Klub artıq Diomande və onun agentləri ilə birbaşa danışıqlar aparmaq üçün rəsmi icazə əldə edib.

​"Yunayted"in hücumçusu Benjamin Şeşko keçmiş komanda yoldaşını "Old Trafford"a gəlməyə razı salmaq üçün dövrəyə girib.

​"Leypsiq" hələlik bu təkliflə razılaşmayıb. Klub oyunçu üçün 100-115 milyon avro arası məbləğ tələb edir və ona maaş artımı ilə yeni müqavilə təklif etməyə hazırlaşır.

​"Liverpul" tərəfi Diomandeni komandadan ayrılacağı gözlənilən Məhəmməd Salahın uzunmüddətli əvəzləyicisi kimi siyahısında saxlayır. Eyni zamanda "Bayern Münhen", PSJ və "Arsenal" da futbolçunun ətrafındakı vəziyyəti diqqətlə izləyirlər. (Offsideplus.az)

Milli.Az