Qalatasaraydan tarixi transfer əməliyyatı - FOTO

6 Aprel 2026 23:00

Yay transfer pəncərəsi üçün hazırlıqlara start verən Super Liqa nəhəngi "Qalatasaray" orta xətti gücləndirmək məqsədilə gözünü İngiltərəyə dikib. Sarı-qırmızılılar mövsümün əvvəlində də gündəmdə olan uruqvaylı ulduz Manuel Uqarte üçün yenidən hərəkətə keçiblər.

Milli.Az xəbər verir ki, "Mançester Yunayted" 24 yaşlı futbolçu üçün 40 milyon avro transfer haqqı tələb edir. "Qalatasaray" rəhbərliyinin bu transferi reallaşdırmaq üçün bütün maliyyə imkanlarını və şərtlərini istifadə edəcəyi bildirilir.

Uqarte təkcə Türkiyə klubunun deyil, bir çox Avropa nəhənginin də diqqət mərkəzindədir. Xəbərdə qeyd olunur ki, ulduz futbolçu ilə "Qalatasaray"dan başqa aşağıdakı klublar da yaxından maraqlanır:

Aston Villa

Nyukasl Yunayted

Yuventus

Lion

Bu mövsüm "Mançester Yunayted" forması ilə 23 matçda meydana çıxan Manuel Uqarte ümumilikdə 915 dəqiqə sahədə qalıb. Uruqvaylı futbolçu bu oyunlarda hələlik qol və ya assistlə yadda qalmayıb.

"Qalatasaray"ın bu transfer əməliyyatı reallaşarsa, bu, klub tarixinin və Türkiyə futbolunun ən bahalı və səs-küylü transferlərindən biri kimi tarixə düşəcək.

Lalə Qüdrətova
Milli.Az