“Selena”nın “Nazlı”sı ərə gedir - FOTO

6 Aprel 2026 22:42

Türkiyənin bir zamanlar populyar serialı olan "Selena"nın "Nazlı"sı evlilik yolunda ilk addımını atıb.

Milli.Az  xəbər verir ki, aktrisa Dilara Kurtulmuş bunu instaqram hesabında paylaşıb.

O, sevgilisi Umutcan Ekmezlə nişanlanıb.

Serialdakı tərəf müqabili Gizem Güven onu xoş günündə tək qoymayıb.

Mərasimdən paylaşılan fotolar sosial mediada böyük marağa səbəb olub. İzləyicilər aktrisanın illər ərzindəki dəyişimini və nişan libaslarını müzakirə ediblər. Elçilik zamanı sadə ağ don seçən Kurtulmuş nişan gecəsi üçün daha fərqli və şık bir üsluba üstünlük verib.

Hazırda aktyorluq fəaliyyətinə fasilə verən Dilara Kurtulmuş karyerasını sosial media bloqeri (kontent istehsalçısı) kimi davam etdirir. Gənc məşhurun yaxın gələcəkdə ekranlara qayıtmaq planının olmadığı bildirilir.

Lalə Qüdrətova
Milli.Az