Son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilən sarıkökün faydaları açıqlanıb.
Milli.Az xəbər verir ki, tərkibində olan kurkumin maddəsi sayəsində güclü antioksidant təsirə malik olan bu ədviyyat bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır.
Məlumata görə, sarıkök iltihabı azaldır və artrit, eləcə də oynaq ağrılarına qarşı müsbət təsir göstərir.
Bununla yanaşı, bağırsaq sağlamlığını dəstəkləyir, beyin funksiyalarının qorunmasına kömək edir və xolesterinin səviyyəsinin aşağı salınmasına yardım edir.
Mina Mikayılova
Milli.Az