AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk görüşündə keçirilən oyunlarla bağlı mübahisəli qərarları şərh edib.
Milli.Az xəbər verir ki, sədr "Turan Tovuz" və "Zirə" arasında keçirlən matçdakı (0:2) qalmaqallı qərarlar barədə də fikirlərini açıqlayıb.
O, həmin görüşdə tovuzluların narazı qaldığı və baş hakim Əliyar Ağayevin penalti təyin etmədiyi epizodlarda referinin qərarlarını yanlış adlandırıb. Rəhim Həsənov hər iki epizodun 11 metrlik cərimə zərbəsi olduğunu deyib.
Qeyd edək ki, "Turan Tovuz"un prezidenti Ehtiram Quliyev məsələyə dair sərt açıqlama verərək, futbolçuların haqqını hakim Əliyar Ağayevə halal etmədiyini bildirib.
Milli.Az