Luçesku ilə bağlı pis XƏBƏR: Son qərarı ailəsi verəcək

6 Aprel 2026 16:18

Rumıniyalı məşhur məşqçi Mircea Lucescu ilə bağlı yeni iddialar yayılıb.

Milli.Az xəbər verir ki, reanimasiyada müalicə alan 80 yaşlı mütəxəssisin beyin ölümü keçirdiyi ehtimal olunur.

Məlumata görə, o, martın 29-da Rumıniya milli komandasının düşərgəsində vəziyyəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib və bir həftəyə yaxındır ki, reanimasiya şöbəsində müalicə alır. Həkimlər onun ürək ritmində ciddi problemlər yarandığını və müalicəyə cavab vermədiyini açıqlayıblar.

Rumıniya mediası Luçeskunun həyat dəstəyinə qoşulduğunu və son qərarın ailəsi tərəfindən veriləcəyini yazır.

Bununla belə, yayılan məlumatlar hələ rəsmi şəkildə təsdiqlənməyib.

Milli.Az