AYNA-nın avtomobili AYDA-nın güdazına getdi - FOTOlar

6 Aprel 2026 15:18

Azadlıq prospektində yolun asfalt qatı çöküb və AYNA-nın maşını həmin çuxura düşüb.

Milli.Az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə metronun "28 May" stansiyasının ikinci çıxışında qeydə alınıb.

Yolun çökməsinə aramsız yağan yağışların səbəb olduğu ehtimal edilir.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az