“Fənərbağça”da Asensio şoku

6 Aprel 2026 15:53

Fənərbağça komandası heyətdə ciddi itki ilə üzləşib.

Milli.Az xəbər verir ki, İstanbul klubunun futbolçusu Marko Asensio zədə səbəbindən sıradan çıxıb. Yarımmüdafiəçi ötən gün Beşiktaş ilə keçirilən derbi matçında (1:0) dizindən xəsarət alıb.

Məlumata görə, ispan oyunçu Superliqanın XXIX turu çərçivəsində Kayserispora qarşı səfər qarşılaşmasında komandasına kömək edə bilməyəcək. Həmin görüş aprelin 11-də baş tutacaq.

Qeyd edək ki, hazırda "Fənərbağça" 63 xalla turnir cədvəlində ikinci pillədə yer alır.

Hüseyn
Milli.Az