Qadın yediyi yeməkdən öldü

6 Aprel 2026 14:20

Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb.

Milli.Az xəbər verir ki, hadisə aprelin 4-ü saat 20 radələrində Ələt qəsəbəsində qeydə alınıb.

Belə ki, qida borusunda yemək qalan Aygün Lətif qızı Abbasova yaşadığı evdə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az