Türkiyəli məşhur aktyor Mehmet Günsür həyat yoldaşı Katerina Mongio ilə bağlı səmimi açıqlamalar verib.
Milli.Az xəbər verir ki, aktyor bildirib ki, həyat yoldaşını tapdığı üçün özünü çox şanslı hiss edir:
"Bəli, hələ də evliyəm. Evliliyimizin bu il 20-ci ili tamam olacaq. Onunla daha 10 dəfə evlənərəm. Çox şanslıyam ki, onu tapdım".
Üç uşaq atası olan Günsür evliliyin ən gözəl tərəfinin komanda kimi birlikdə hərəkət etmək olduğunu vurğulayıb. O qeyd edib ki, əvvəl iki nəfər olsalar da, indi beş nəfərlik böyük bir ailəyə çevriliblər.
Fidan
Milli.Az