Kəmaləddin Heydərov Keşləyə getdi - Tapşırıqlar verdi - VİDEO - FOTO

6 Aprel 2026 12:19

Aprelin 6-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq nəticəsində suyun təsirinə məruz qalmış əraziyə gəlib.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir yaranmış vəziyyət və fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib.

Milli.Az