Gələn həftə bəxti açılacaq 5 BÜRC

6 Aprel 2026 14:08

Astroloji proqnozlara əsasən, qarşıdakı həftə bəzi bürclər üçün uğur və yeni imkanlarla yadda qalacaq.

Milli.Az xəbər verir ki, planetlərin düzülüşü həm maddi, həm də mənəvi sahədə müsbət dəyişikliklər vəd edir.

Qoç - Həftə sizin üçün enerjili başlayacaq. İş həyatında gözlənilməz təkliflər ala, maliyyə baxımından rahatlıq hiss edə bilərsiniz. Şəxsi həyatda isə yeni başlanğıclar mümkündür.

Buğa - Bu dövrdə sabitlik və qazanc ön planda olacaq. Uzun müddət çəkdiyiniz zəhmətin nəticəsini görəcəksiniz. Yeni əməkdaşlıqlar və faydalı tanışlıqlar yarana bilər.

Şir - Şans sizin tərəfinizdədir. Özünüzü göstərmək və diqqət çəkmək üçün uyğun zamandır. Karyerada yüksəliş, şəxsi həyatda isə sevindirici yeniliklər gözlənilir.

Tərəzi - Həftə sizin üçün daha çox harmoniya və balans gətirəcək. Problemləri asanlıqla həll edəcək, qarşınıza çıxan fürsətlərdən düzgün istifadə edəcəksiniz.

Balıqlar - İlham və yaradıcılıq baxımından uğurlu günlərdir. Yeni ideyalarınız diqqət çəkəcək, gözlənilməz gəlir imkanları yarana bilər. Sevdiklərinizlə münasibətlər də daha möhkəm olacaq.

Fidan
Milli.Az