Yağışlar nəticəsində xəsarət alanlar var? - TƏBİB AÇIQLADI

6 Aprel 2026 12:07

Son günlər aramsız yağan yağışlar bir çox fəsadlara səbəb olub. 

Bəs bu yağışlar nəticəsində xəsarət alanlar var? 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Milli.Az-a verilən məlumata görə, 05.04.2026-cı il tarixində saat 11:40 radələrində və 06.04.2026-cı il tarixində saat 07:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisindən çağırışlar qeydə alınıb.

Hər iki ünvana təcili tibbi yardım briqadaları cəlb olunub. 

Sabir küçəsi ünvanından qeydə alınan ilk çağırışda təcili tibbi yardım briqadaları tərəfindən 5 nəfərə (qadın) arterial hipertenziya səbəbilə yerində tibbi yardım olunub.

İkinci çağırış zamanı isə 1 nəfərə (qadın) stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub.

Aysel Əkbər
Milli.Az