“Real” onunla bağlı qərarını verdi

6 Aprel 2026 12:50

"Real" futbol klubunun rəhbərliyi müdafiə xəttinin əsas simalarından biri olan Antonio Rüdigerlə bağlı qərarını açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Madrid təmsilçisi almaniyalı müdafiəçiyə rəsmi olaraq yeni müqavilə təklif edib.

Hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq 33 yaşlı futbolçu ilə əməkdaşlığın daha bir il müddətinə uzadılması planlaşdırılır.

Milli.Az