Razılaşma ehtimalı yüksəkdir - Tramp

6 Aprel 2026 11:25

ABŞ ilə İran arasında aprelin 7-dək razılaşmanın əldə olunması ehtimalı yüksək qiymətləndirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" portalına açıqlamasında deyib.

"Bunun üçün yüksək şans var, amma razılaşmaya getməsələr, orada hər şeyi partladacağam", - deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner İran tərəfi ilə intensiv danışıqlar aparırlar.

Tramp qeyd edib ki, aparılan danışıqlar müsbət istiqamətdə irəliləyir.

Milli.Az