Eldar Əzizov və Zaur Mikayılov Keşlədə evin söküldüyü yerə baxış keçirdilər - FOTO

6 Aprel 2026 00:05

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaradan ikimərtəbəli evin söküldüyü yerə baxış keçiriblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ərazidə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və problemin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.

Xatırladaq ki, Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş və Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaradan ikimərtəbəli evin sökülməsi qərara alınıb.

Aidiyyəti qurumların mütəxəssislərinin rəyinə görə, gələcəkdə oxşar halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi və xəttin bərpası zəruri hesab olunmuşdu.

Milli.Az