Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

5 Aprel 2026 23:00

Yemək zamanı su içməyin sağlam insanlarda həzmi asanlaşdırdığı bildirilsə də, reflüks xəstələrində mədə daxili təzyiqi artıra biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli.Az xəbər verir ki, xalq arasında yayılmış "yeməklə su içmək həzmi pozur" inancı tibb dünyasından gələn açıqlamalarla üst-üstə düşür. 

Dietoloqlar qeyd edirlər ki, sağlam insanın mədə quruluşu kənardan alınan mayelərə qarşı pH balansını qorumaq qabiliyyətinə malikdir. Araşdırmalar göstərir ki, yemək zamanı içilən su mədə turşusunu həzmə mane olacaq dərəcədə durulaşdırmır. Mədənin qidaların parçalanması üçün lazım olan turş mühiti dinamik şəkildə qoruduğu ifadə edilib.

Elmi məlumatlara görə, suyun həzm sistemindəki əsas funksiyaları aşağıdakılardır:

Mayelər bərk qidaların parçalanmasına və yemək borusundan keçməsinə kömək edir.

Su qida maddələrinin həll olunaraq bağırsaqlardan qana keçməsi prosesini dəstəkləyir.

Kifayət qədər maye qəbulu nəcisi yumşaldaraq həzm sisteminin müntəzəm işləməsinə töhfə verir.

Mütəxəssislə ümumi rəyin əksinə olaraq, su içməyin sağlam fərdlər üçün risk yaratmadığını vurğulasa da, müəyyən qruplar üçün istisnaların olduğunu bildiriblər. Qastroezofageal Reflüks Xəstəliyi (GERD) olan şəxslərdə yeməklə birlikdə çox maye qəbulunun mədə daxili təzyiqi artıraraq mədə möhtəviyyatının yemək borusuna geri qaçmasına (reflüksə) səbəb ola biləcəyi xəbərdarlığı edilib.

Qidalanma və diyetologiya mütəxəssisləri suyun mədədə yer tutaraq daha tez toxluq hissi yaratdığını, bunun kalori qəbulunu məhdudlaşdırmaq istəyənlər üçün bir strategiya kimi istifadə edilə biləcəyini qeyd edirlər. Lakin suyun qidaları kifayət qədər çeynəmədən udmaq məqsədilə istifadə edilməməsinin vacibliyi xüsusilə vurğulanır.

Lalə Qüdrətova
Milli.Az