Azərbaycan gimnastı “AGF Trophy” turnirində gümüş medal qazanıb - FOTO

5 Aprel 2026 17:28

Bakıda bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turniri davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, gənclər kateqoriyasında çıxış edən Azərbaycan təmsilçisi Azadə Atakişiyeva gümüş medal qazanıb. O, top proqramında ikinci olub.

Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş medala yiyələnib.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun vurulacaq.

Milli.Az