29 yaşlı gənci sel apardı - Meyiti tapıldı - FOTO

5 Aprel 2026 17:10

Qusarda 29 yaşlı kişini sel aparıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında Qusar rayonu Gündüzqala kənd ərazisindən keçən Quru çaya sel gəlib.

Həmin kəndin sakini, 29 yaşlı Farik Fərid oğlu Rəsulovu sel aparıb.

Əldə etdiyimiz məlumata görə, həmin şəxsin meyiti tapılıb.

Milli.Az