Əməkdar artist Elnarə Abdullayeva qalmaqallı açıqlamasına görə tənqid atəşinə tutulub.
Milli.Az xəbər verir ki, müğənniyə "Qadın vatsap statusuna foto qoymaz" ifadəsinə görə çox sayda mənfi rəy yazıblar.
E.Abdullayeva şərh yazanlara "Sizi nə narahat edir? Yorulmursunuz? Get, öz işinlə məşğul ol" reaksiyasını verib.
Qeyd edək ki, E.Abdullayeva "Qadın vatsapa foto qoyur. Niyə qoymalısan? Başqasının kişisi niyə sənə baxmalıdır" açıqlaması ilə gündəmə gəlib. (Axşam.az)
Milli.Az