53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Milli.Az-ın məlumatına görə, Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə (Cavidan İbrahimli küçəsi) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Dəyişikliyə əsasən, marşrutun hərəkəti Badamdar qəsəbəsi - metronun "Elmlər Akademiyası" stansiyası - "Azneft dairəsi" - 20-ci sahə istiqamətində təşkil olunub.
Milli.Az