İrəvan seçim etməli olacaq

5 Aprel 2026 17:07

Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa Birliyi əməliyyat sistemlərindəki fərqlərə görə bir-biri ilə uyğun gəlmir. Ermənistan iki birlik arasında seçim etməli olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz deyirik ki, müəyyən bir məqamda, əgər siz Avropa Birliyi ilə daha da irəli getsəniz, iki sistem uyğun gəlməyəcək. Onlar fərqli əməliyyat sistemləridir. Və müəyyən bir məqamda seçim etməli olacaqsınız", - Peskov bildirib.

Milli.Az