Hizbullah İsrail gəmisini vurdu

5 Aprel 2026 14:12

Hizbullah Livana hücum etməyə hazırlaşan İsrail hərbi gəmisinə hücum edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Hizbullahın yaydığı bəyanatda məlumat verilib.

"İslam Müqaviməti döyüşçüləri Livan ərazisinə hücum etməyə hazırlaşan İsrail hərbi gəmisinə hücum ediblər. Zərbə bir neçə saatlıq müşahidədən sonra dəniz qanadlı raketi ilə həyata keçirilib. Zərbə dəqiq hədəfə dəyib", - məlumatda qeyd olunub.

Milli.Az