19 yaşlı gənc bacı söhbətinə görə öldürülüb - YENİLƏNİB - VİDEO

5 Aprel 2026 19:00

Şəmkirdə qətlə yetirilən Ramalı bıçaqlayan şəxs sevdiyi qızın qardaşı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə mərhumun atası məlumat verib.

"Qardaşı bir dəfə dedi, gedib-gəlmə. İki dəfə dedi, bu da istəyirdi. İstəyin qarşısında heç kim dura bilməz axı. Onu başa düşənlər başa düşür. Qız da onu istəyirdi. Qardaşı qıza gecə vaxtı deyib ki, onu evə çağır. Bıçaqla vurub. Guya qorxduqları üçün evdə qoyublar. Qan itirib yerindəcə ölüb. Vaxtında həkimə çatdırsaydılar, sağalardı", - deyə o, əlavə edib.

------------

Şəmkir rayonu ərazisində Ramal Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə Şəmkir rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı yetkinlik yaşına çatmayan şəxs tərəfindən rayonun Kür qəsəbəsi ərazisində Ramal Quliyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Yetkinlik yaşına çatmamış rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

xxx

13:15

Şəmkirdə baş verən qətlin təfərrüatı məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadənin bacısını sevirmiş.

F.Paşazadə gecə saatlarında R.Quliyevə zəng edərək evlərinə çağırıb.

Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı 16 yaşlı F.Paşazadə 19 yaşlı Ramal Quliyevə 3 bıçaq zərbəsi vurub.

R.Quliyev hadisə yerində həyatını itirib.

XXX

10:10

Şəmkirdə qətlə hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki rayon sakini 2007-ci il təvəllüdlü R.Quliyev bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Gənc oğlan qətlə yetirən şəxs tutulub. Şəmkir rayon polis şöbəsinin  əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az