"ABŞ təyyarəsi Türkiyə silahı ilə vurulmayıb"

5 Aprel 2026 09:52

Türkiyənin İrana müasir zenit silahlar və PUA raketləri verdiyi, həmçinin vurulduğu bildirilən ABŞ-a məxsus F-15 döyüş təyyarəsinə edilən hücumda Türkiyə istehsalı olan zenit sistemindən istifadə edildiyinə dair yayılan xəbərlər tamamilə əsassızdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyi bəyanat yayıb.

"Mənbəyi təxmin edilə bilən bu cür yalan iddialar Türkiyənin regional böhranlarda oynadığı konstruktiv rolu, eləcə də sülh və diplomatiya yönümlü səylərini zədələməyə yönəlmiş psixoloji müharibə və qara təbliğat cəhdləridir.

Türkiyə bölgədə baş verən bütün proseslərdə sülh və sabitliyin qorunmasını əsas götürən mövqe sərgiləyir. Ölkənin qlobal səviyyədə yüksək qiymətləndirilən diplomatik uğurlarını hədəf alan bu addımlar beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır", - deyə bəyanatda qeyd olunub.

Milli.Az