"Qalatasaray" "Trabzonspor"a uduzdu

5 Aprel 2026 08:55

Türkiyə Superliqasında XXVIII turun növbəti oyunu keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Qalatasaray" səfərdə "Trabzonspor"un qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul klubu 64 xalla turnir cədvəlinə başçılıq edir. Qara dəniz təmsilçisi isə 63 xalla ikinci pilləyə yüksəlib.

Milli.Az