"Nəvələrimin hesabına izləyicilərim çoxalır"

4 Aprel 2026 20:18

Müğənni Nadir Qafarzadə nəvələrindən danışıb. 

Milli.Az xəbər verir ki, "Gün ortası" proqramında sualları cavablandıran ifaçı sosial şəbəkə hesabının nəvələri sayəsində aktivləşdiyini etiraf edib:

"Əlacsız, dərdini deyə bilməyən körpədir. Baxanda gözüm yaşarır ki, heç nə deyə bilmir. O biri nəvəm 3 aylıqdır, artıq böyüyüb. Nəvələrim hesabına izləyicilərim çoxalır. Birinci nəvəmdə baxış 2,6 milyon olmuşdu".

Qeyd edək ki, N.Qafarzadənin oğlu Loğmanın Qafar, Əzizin isə Nadir adlı oğul övladı var.  (Axşam.az)

Milli.Az