Klassik Azərbaycan İncəsənəti ənənələrini yaşatmağa xidmət, rəssamın təxəyyülü və estetik baxışının kağız üzərində ifadəsini seyrciyə göstərmək, həmçinin, kağız üzərində işlənmiş əsərlərə ictimai marağı artırmaq məqsədi ilə peşəkar rəssamlar arasında elan olunmuş "TƏSVİRİ SƏNƏT KAĞIZDA" adlı yaradıcılıq sərgisi 11 aprel 2026 -cı il tarixində Xətai Sənət Mərkəzində açılacaq və 14 aprelədək davam edəcək. Sərgiyə 300-dən çox təsviri sənət ustası sərbəst mövzuda işlənmiş 600-dən çox qrafika, miniatür, sulu boya və eskiz əsərlər təqdim etmişlər.
Seçim 10 ballıq şkala ilə əsərin kağız üzərində olması, yanaşma, fikir, yaradıcılıq və qeyd olunmuş ölçü nəzərə alınmaqla aparıldı. Daha çox fərqli baxış və xəttlər sərgiləmək məqsədi ilə bəzi iştirakçının 2 və ya 3 əsərinin sərgilənmə haqqı olmasına baxmayaraq, ən yaxşı nəticə göstərən 103 iştirakçının hər birindən 1 əsər sərgilənəcək.
Seçilən əsərlər və müəlliflər: https://online.fliphtml5.com/udgyq/ogke/
Seçim heyyəti:
Arif Hüseynov - Xalq Rəssamı, Professor
Sirus Mirzəzadə - Xalq Rəssamı, Professor
Səlhab Məmmədov - Xalq Rəssamı, Professor
Natiq Səfərov - Əməkdar rəssamı, Ali dərəcəli bərpaçı
Fərman Qasımov - Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Zöhrab Cabbarov - ADMİU baş müəllim, rəssam
Səbinə İskəndər - Suluboya Cəmiyyətinin sədri
Mais Əliyev - Qrafika rəssamı
Faiq Əkbərov - ADRA baş müəllim Miniatür ustası
Pəri Əskərova - Miniatür ustası
Elçin Hüseynli - Azərbaycan Dövlət Rəsm Qalereyası
Ülviyyə Həmzəyeva - Xalq Rəssamı
Rəfail Gülmməmmədli - Sənətşünas
Eldəniz Babayev - Bakı Qalereyasının rəhbəri
Sərgiyə dəstək məqsədi ilə bir çox peşəkar rəssamlarımız
öz əsərləri ilə sərgidə qonaq qismində iştirak edir.
Arif Hüseynov
Sirus Mirzəzadə
Səlhab Məmmədov
Natiq Səfərov
Zöhrab Cabbarov
Asif Cabbarov
Mais Əliyev
Fərman Qasımov
Bayram Qasımxanlı
Pərnisa Əskərova
Calal Ağayev
Adil Əsədli
Səmədağa Cəfərov
Məmmədhüseyn Hüseynov
Faiq Əkbərov
Ülviyyə Həmzəyeva
Elyar Əlimirzəyev
Ramin Əliyev
Fərman Hüseynov
Vüqar Əli
Zahid Əvəzov
Tədbirin təşkilatçıları: Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Beynəlxalq Akvarel Qalereyası və Xətai Sənət Mərkəzi
Dəstəkçilər: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai Rayon İcra Hakimiyyəti, Beynəlxalq Sulu boya Cəmiyyəti Azərbaycan nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi
Sərgidə nominasiyalar üzrə hədiyyələr təqdim olunacaq.
Ən yaxşı milli ruhlu əsər Ən yaxşı ilüstrasiya
Ən yaxşı miniatür Ən yaxşı qrafika
Ən yaxşı klassik əsər Ən yaxşı müasir əsər
Ən yaxşı akvarel Ən yaxşı eskiz əsər
Sərgilənən əsərlər geri qaytarılır.
Əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq.
Sərgilənəcək əsərlər 8 aprel tarixinədək Xətai Sənət Mərkəzinə
təqdim olunmalıdır.
Əlavə suallar üçün: 051-310-74-01 tel/whatsapp
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az