NİİM bunun üçün 4 milyondan çox pul xərcləyəcək

4 Aprel 2026 14:38

Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzidəki (NİİM) "Barco" videodivar sistemləri yenilənəcək.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq prosedur işlərinə start verilib.

Həmçinin sistemlə əlaqədar bəzi proqram təminatları yenidən alınacaq.

Sözügedən işlərin həyata keçirilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 4 milyon 247 min 944 manatdır.

Milli.Az