Xalq artisti vəzifəsindən azad EDİLDİ

4 Aprel 2026 14:09

Xalq artisti, professor Yalçın Adıgözəlov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, bu barədə Apa-ya Xalq artisti özü məlumat verib.

O, 2024-cü ildə teatrdan ayrıldığını, buna "oradakı qəbuledilməz şəraitin" səbəb olduğunu qeyd edib:

"Opera və Balet Teatrında mənə qarşı hörmətsizlik oldu və mən artıq iki ildir teatrdan uzaqlaşmışam. Bu barədə bu günə qədər heç yerdə danışmamışdım".

Milli.Az