Təyyarə restorana çırpıldı: 4 nəfər həlak oldu - VİDEO

4 Aprel 2026 11:34

Braziliyanın cənub bölgəsində yüngül mühərrikli təyyarə hava limanına yaxın ərazidə yerləşən restoranın damına düşərək faciəyə səbəb olub.

Milli.Az xəbər verir ki, hadisə yerli mətbuatın məlumatına görə baş verib. Qəza anı ərazidə quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Məlumata əsasən, təyyarə Kapao-da-Kanoa şəhərindən San-Paulu istiqamətində uçuş edirmiş. Göyərtədə dörd nəfər - sahibkar cütlük Debora Belanda Ortolani və Luis Ortolani, həmçinin pilotlar Nelio Pessanya və Renan Eduardo olub.

Qəza nəticəsində onların hamısı hadisə yerində həyatını itirib. 

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az