Nə ayran, nə də süd: İçən anındaca yuxuya gedir

4 Aprel 2026 07:07

Qidalanma mütəxəssisləri və dietoloqlar yuxu pozğunluğu olan şəxslər üçün melatonin və apigenin tərkibli içkilərin yuxu dövrünü tənzimləməkdə kritik rol oynadığını bildiriblər. Aparılan araşdırmalar nəticəsində vişnə şirəsinin təbii melatonin mənbəyi olduğu, çobanyastığı çayının isə sinir sistemini sakitləşdirici təsiri ilə dincəlmə prosesini sürətləndirdiyi müəyyən edilib.

Milli.Az xəbər verir ki, qidalanma mütəxəssisi Şelli Balls açıqlayıb ki, turş albalı (vişnə) şirəsi yuxu dövrünü idarə edən melatonin hormonunu təbii yollarla təmin edir. Vişnə şirəsinin tərkibində yuxu hormonlarının istehsalı üçün vacib olan triptofan zülalının bədən tərəfindən mənimsənilməsinə kömək edən birləşmələr var. Həmçinin tərkibindəki polifenolların iltihabı azaldaraq yuxu keyfiyyətini yaxşılaşdırdığı qeyd olunub. Lakin dietoloq Cohanna P. Salazar xəbərdarlıq edib ki, bu içki yüksək şəkər tərkibinə görə normada istehlak edilməlidir.

Yuxuöncəsi rituallarda ən çox üstünlük verilən içkilərdən biri olan çobanyastığı çayı tərkibindəki apigenin maddəsi sayəsində beyindəki reseptorlara bağlanaraq sinir sistemini sakitləşdirir. Mütəxəssislər çobanyastığı çayının təsirini tam göstərə bilməsi üçün yatmazdan 30-45 dəqiqə əvvəl içilməsini tövsiyə edirlər. Gün boyu davam edən gərgin zehni fəaliyyətdən sonra çobanyastığı çayının rahatlaşmanı asanlaşdırdığı elmi şəkildə dəstəklənir.

Lalə Qüdrətova
Milli.Az