Havaların isinməsi ilə birlikdə açıq pəncərələrdən içəri sızan həşərat və hörümçəklər üçün həll yolu mətbəx şkafınızda gizlənib. Sosial mediada böyük əks-səda doğuran "təbii baryer" üsulu ilə kimyəvi maddə istifadə etmədən evinizi qorumağın formulu açıqlandı.
Milli.Az xəbər verir ki, qış fəslinin başa çatması ilə təbiətdə yaşanan canlanma evlərimizdə də hərəkətliliyə səbəb olur. Bitkilərin çiçəklənməsi və heyvanların qış yuxusundan oyanması ilə hörümçək, qarışqa və milçək kimi canlılar yaşayış sahələrimizə daha tez-tez baş çəkməyə başlayıblar. Bahar təmizliyi zamanı pəncərələrin daha uzun müddət açıq qalması isə bu canlıların içəri girməsini asanlaşdıran ən böyük amildir.
Ev iqtisadiyyatı və praktik həllər mütəxəssisi Reyçel Eppli sosial mediada paylaşdığı üsulla həşəratları incitmədən evdən uzaq tutmağın sirlərini bölüşüb. Eppliyə görə, hörümçəklər və digər kiçik canlılar bəzi kəskin qoxulardan instinktiv olaraq qaçırlar. Bu üsulun əsas qəhrəmanları mətbəxlərimizin imtinaedilməzi olan üç təməl məhsuldur: çubuq darçın, ulduz anason və mixək.
Üsulun uğuru bu aromatik məhsulların düzgün nöqtələrə yerləşdirilməsindən asılıdır. Mütəxəssislər xüsusilə bu bölgələrə diqqət çəkirlər:
Şüşələrin birləşmə yerləri və mərmər kənarları.
Çöldən girişin ən çox olduğu qapıaltı boşluqlar.
Havalandırma boşluqları - kiçik həşəratların sızdığı gizli keçidlər.
Bu təbii vasitələrdən yayılan qoxu təkcə hörümçəkləri deyil, eyni zamanda meyvə milçəklərini, qarışqa sürülərini və hətta qoxu həssaslığı yüksək olan bəzi gəmiriciləri də həmin ərazidən uzaq tutmağa kömək edir.
Lalə Qüdrətova
Milli.Az