Kilid ustaları (çilingərlər) oğruların polad qapıları necə asanlıqla açdıqlarını izah edirlər. Sən demə, polad qapılar bu şəkildə kilidləndikdə oğrular üçün şərait yaradırmış.
Milli.Az xəbər verir ki, müasir dövrdə demək olar ki, bütün evlərdə polad qapılardan istifadə olunur. Lakin oğrular müxtəlif üsullarla bu qapıları rahatlıqla aça bilirlər. Bəs qapını kilidləyərkən nələrə diqqət etməliyik?
Bir çox insan qapını üç dəfə kilidləməyin daha təhlükəsiz olduğunu düşünür. Lakin təcrübəli ustalar bunun tam əksini söyləyirlər. Ən doğrusu qapını iki dəfə kilidləməkdir. Qapını üç dəfə kilidləmək mexanizmi lüzumsuz yerə zorlayır. Bu da zamanla kilidin milini aşındırır və qırılma riskini artırır. Qapını iki dəfə kilidləmək isə kilidin ən səmərəli və ən güclü işlədiyi üsul hesab olunur.
İki dəfə kilidləmək niyə daha təhlükəsizdir?
Kilid mili aşınmadığı üçün daha uzun müddət xidmət edir.
İki dəfə kilidləndikdə qapı ilə çərçivə arasındakı əlaqə daha möhkəm və balanslı olur.
Oğruların ling və ya bənzər alətlərlə etdiyi təzyiqlərə qarşı qapılar bu vəziyyətdə daha yaxşı müqavimət göstərir.
Üç dəfə kilidləmək isə əks təsir yaradır. Kilidi zəiflədir və uzunmüddətli perspektivdə təhlükəsizliyi aşağı salır.
Lalə Qüdrətova
Milli.Az