Şəhər şosesində (Zabrat-Maştağa yolu) aparılan təmir işləri ilə əlaqədar bir neçə marşrut xəttində ləngimələr yarana bilər.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, 40, 55, 54, 105, 107, 107A, 131, 139, 148, 163, 166, 172, 185, 186, 189, 197, 198, 216, 217, 118A, 118B, 173A, 173B və M8 nömrəli marşrutların hərəkətində gecikmələr mümkündür.
Qurum sərnişinlərdən səfərlərini planlaşdırarkən bu məqamı nəzərə almalarını xahiş edib.
Milli.Az