"Neftçi"nin kapitanı zədələnib.
Milli.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, Emin Mahmudov millinin düşərgəsindən zədəli qayıdıb. Təcrübəli futbolçu hazırda Serbiyadadır.
O, müalicəsi ilə bağlı sözügedən ölkəyə yollanıb.
Mahmudov Premyer Liqanın növbəti turunda keçiriləcək "Sumqayıt" görüşünü buraxacaq. Onun yenidən yaşıl meydanlara nə zaman dönəcəyi bəlli deyil.
"Sumqayıt" - "Neftçi" matçı ayın 5-də, saat 18:00-da start götürəcək.
Milli.Az