"Əvvəl yutub, instaqram yox idi. İnternet olmurdu. O vaxt ancaq yaxşı mahnı oxuyanda efirə çağırırdılar. Yaxud da efirə çıxmaq üçün pul ödəyirdin. Mahnı maşınlarda səslənirdisə, bilirdik ki, tutub".
Milli.Az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva deyib. Sənətçi son günlər çıxan mahnıların qısaömürlü olmasından danışıb:
"İndi hər şey əlçatandır. Mahnını istədikləri an əldə edə bilirlər. Əlçatan hər şey maraqsızlaşır".
Səyahətlərindən danışan Sevda "Mənim üçün dünyanın ən gözəl ölkəsi İtaliyadır. 10 şəhərində olmuşam. Özbəkistanı düşünürdüm ki, gözəldir. Daşkənddə oldum. Amma elə bil 90-cı illərin bakısıdır. Ora bir də getmərəm. Demirəm pisdir, amma bir dəfə getmək bəs edir. Ən sevdiyim yerlərdən biri də Mərakeşdir" sözlərini əlavə edib. (Axşam.az)
Milli.Az