56 yaşlı Ceylo geyimi və rəqsi ilə gündəm oldu - VİDEO

5 Aprel 2026 16:46

56 yaşlı amerikalı müğənni Cenifer Lopes yenidən səhnə performansı ilə gündəmə gəlib.

Milli.Az-ın məlumatına görə, sənətçi özünəməxsus rəqs hərəkətləri və şəffaf geyim seçimi ilə diqqət çəkməyi bacarıb. Onun şousundan yayılan görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb.

İfa zamanı sərgilədiyi enerji və səhnə hakimiyyəti izləyicilər tərəfindən maraqla qarşılanıb. Bununla yanaşı, geyim tərzi və performansı ətrafında müxtəlif rəylər səsləndirilib.

Hazırda Ceylonun səhnə görüntüləri sosial mediada ən çox müzakirə olunan mövzular sırasında yer alır.

Musa
Milli.Az