Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku bu gün səhər saatlarında infarkt keçirib.
Milli.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Emanuel Roşu sosial media hesabında məlumat yayıb.
"Luçesku bir gün əvvəl xəstəxanaya yerləşdirilib. Vəziyyəti yaxşılaşırdı və məşqçi artıq evə buraxılmağa hazırlaşırdı. Lakin xəstəxanada olarkən infarkt keçirib. Həkimlər onu kritik mərhələdə xilas ediblər, lakin hazırda reanimasiyadadır", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Luçeskunun Rumıniya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verdiyi də rəsmən açıqlanıb.
Milli.Az