Saxlanılan "Fənərbağça" futbolçusu ilə bağlı qərar verildi

3 Aprel 2026 15:23

Türkiyədə məhkəmə mərc oyunları ilə bağlı saxlanılan "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş haqqında qərar verib.

Milli.Az xəbər verir ki, NTV-nin məlumatına görə, məhkəmənin qərarı ilə futbolçu azadlığa buraxılıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və "futbol mərc oyunları araşdırması" kimi tanınan istintaq çərçivəsində Yandaşın vasitəçi ilə qanuni mərc oyunlarında iştirak etdiyi iddia olunurdu.

Milli.Az