Bakıda bu stadion BAĞLANIR

3 Aprel 2026 12:04

Bayıl stadionu may ayında - cari mövsüm başa çatdıqdan sonra təmirə bağlanacaq.

Milli.Az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında deyib.

Qurum rəsmisi AFFA-nın balansında olan arenanın təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacağını deyib.

Onun sözlərinə görə, iki regionda isə futbol mərkəzi istifadəyə veriləcək.

Milli.Az