Yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olur.
Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri belədir:
- başlanğıc nöqtəsi: M-6 Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 157-ci kilometri;
- son nöqtəsi: Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri.
Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:
- ödənişli avtomobil yolunun 1,4-cü kilometri - Horadiz-Cəbrayıl-Zəngilan- Ağbənd avtomobil yolu;
- ödənişli avtomobil yolunun 27-ci kilometri - Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;
- ödənişli avtomobil yolunun 32-ci kilometri - Füzuli şəhərinə giriş yolu;
- ödənişli avtomobil yolunun 32-ci, 47-ci və 67,5-ci kilometrlərində - Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu (Zəfər yolu).
Ödənişli avtomobil yolunun texniki göstəriciləri:
- uzunluğu - 81,3 kilometr;
- texniki dərəcəsi - I c;
- hərəkət zolaqlarının sayı: 0-46-cı kilometr hissəsində - 6, 46-81,7-ci kilometr hissəsində - 4;
- hərəkət zolağının eni - 3,5 metr;
- yol çiyninin eni: 0-46-cı kilometr hissəsində - 2,5 metr, 46-81,7-ci kilometr hissəsində - 2 metr;
- torpaq yatağının eni: 0-46-cı kilometr hissəsində - 29,5 metr, 46-81,7-ci kilometr hissəsində - 21,5 metr;
- yol çiyninin bərkidilmiş zolağının eni - 0,5 metr;
- ayırıcı zolağın eni - 2 metr.
Alternativ ödənişsiz avtomobil yolunun marşrutu, uzunluğu və əsas texniki göstəriciləri:
- Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu (Zəfər yolu):
- uzunluğu - 101 kilometr;
- texniki dərəcəsi: 0-17-ci kilometr hissəsində - III, 17-101-ci kilometr hissəsində - II;
- hərəkət zolaqlarının sayı - 2;
- hərəkət zolağının eni - 3,5 metr;
- yol çiyninin eni: 0-17-ci kilometr hissəsində - 1,5 metr, 17-101-ci kilometr hissəsində - 2,5 metr;
- torpaq yatağının eni: 0-17-ci kilometr hissəsində - 12 metr, 17-101-ci kilometr hissəsində - 14 metr;
- yol çiyninin bərkidilmiş zolağının eni - 0,5 metr.
Milli.Az