Adı efir qadağasında hallanan Aysun rəqsi və geyim ilə MÜZAKİRƏ YARATDI - VİDEO

5 Aprel 2026 15:02

Efir qadağası ilə gündəmdə olan müğənni Aysun İsmayılova yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, o, bu dəfə məkanların birində etdiyi rəqs və seçdiyi geyim tərzi ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Paylaşılan görüntülər qısa zamanda yayılaraq istifadəçilər arasında müxtəlif fikirlərin səslənməsinə yol açıb.

Aysunun səhnə performansı ilə yanaşı, fit bədən quruluşu da izləyicilərin diqqətindən yayınmayıb. Bəzi sosial media istifadəçiləri onun görünüşünü və enerjisini bəyənsə də, digərləri geyim seçimini tənqid edib.

Müğənninin görüntüləri hazırda sosial platformalarda müzakirə olunan mövzulardan biri olaraq qalır.

Musa
Milli.Az