İran pilotsuz uçuş aparatının zərbəsindən sonra Əl-Əhmədi limanı yaxınlığında yerləşən neft emalı zavodunun ərazisində bir neçə yanğın ocağı yaranıb.
Milli.Az xəbər verir ki, bu barədə Kuwait Petroleum Corporation məlumat verib.
"Əl-Əhmədi limanının yaxınlığında yerləşən neft emalı zavodu bu gün səhər pilotsuz aparatın birbaşa hücumuna məruz qalıb. Nəticədə bir neçə yanğın ocağı yaranıb və hazırda yanğınsöndürmə qrupları onların lokallaşdırılması üzərində işləyir", - deyə məlumatda bildirilir. Xəbər Kuwait News Agency tərəfindən yayılıb.
Şirkətdən əlavə olunub ki, mövcud məlumatlara görə, yanğın nəticəsində xəsarət alan yoxdur.
Ayxan
Milli.Az