Mövsümi dəyişikliklər zamanı uşaqlar arasında sürətlə yayılan Norovirus son dövrlərdə daha çox müşahidə olunur.
Milli.Az xəbər verir ki, bu virus qəfil qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir. Ən böyük təhlükə isə qısa müddətdə ciddi maye itkisinə səbəb olmasıdır, xüsusilə azyaşlı uşaqlarda vəziyyət tez ağırlaşa bilər.
Sidik azalması, ağız quruluğu, halsızlıq və yuxululuq kimi əlamətlər olduqda dərhal həkimə müraciət edilməlidir. Virus çox yoluxucudur və məktəb, bağça kimi yerlərdə asanlıqla yayılır.
Müalicədə antibiotiklər təsirsizdir; əsas məqsəd itirilmiş mayeni bərpa etməkdir. Xəstəlik adətən bir neçə günə keçir, lakin uşaqlarda diqqətli nəzarət vacibdir.
Milli.Az