Türkiyə millisinə yeni himn bəstələnəcək - FOTO

3 Aprel 2026 10:30

Türkiyəli müğənni Sinan Akçıl Türkiyə Milli Futbol Komandasının 24 ildən sonra Dünya Kubokuna vəsiqə qazanmasından sonra milli komanda üçün himn bəstələyəcəyini bildirib.

Milli.Az xəbər verir ki, türkiyə milli komandası 2026-cı il FIFA Dünya Kuboku yolunda mühüm uğur əldə edib. Pley-off finalında səfərdə Kosovo ilə qarşılaşan komanda Kerem Aktürkoğlunun vurduğu həlledici qol sayəsində 1:0 hesablı qələbə qazanaraq 24 ildən sonra yenidən final mərhələsinə yüksəlib.

Qələbədən sonra Sinan Akçıl sosial media hesabında belə yazıb:

"720 mahnım var, onlardan 500-dən çoxu 'hit' sayılır. Amma 'dum tek tek' (türk və ingilis dillərində) kimi bir şey yazsam, bayrağımızı yenidən dünyada dalğalandıra bilərik. Görək nə olacaq - əhvalım yaxşı olsa və diqqətimi cəmləsəm, lazım olanı edəcəyik. Cənab Prezident İbrahimlə də görüşüm oldu və ona da ciddi bir söz vermişəm" .

Milli.Az